Biz baku.hosting olaraq müştərilərimizə WordPress ilə tam uyğun və WordPress saytlar üçün ehtiyaclarına uyğun xüsusiyyətlərdə WordPress Hosting xidməti təklif edirik. Güclü server sistemləri ilə sizə sürətli WordPress hostinq xidməti təqdim edirik. Davamlı ehtiyatı alınan, etibarlı serverlar ilə WordPress saytlarınız sürətli və və donmadan açılacaq, hostinq üçün verdiyiniz pulun haqqını tam alacaqsınız. Siz asan idarə paneli (cPanel) vasitəsilə saytınızı asanlıqla idarə edə, database yarada, mail hesabları aça bilərsiniz. Bundan əlavə 7 gün 24 saat səxsi idarə paneli ilə bütün dəstək taleplerinizi bizə göndərə, hesabınız ilə ilə bağlı əməliyyatları asanca edə bilərsiniz.
1 Sayt üçün Hosting
Kiçik saytlar üçün böyük paket
3 Sayt Üçün Hostinq
Böyümək istəyənlər üçün
5 Sayt Üçün Hosting
Hədəfinə dəqiq irəliləmək istəyənlərə
10 Sayt Üçün Hosting
Web peşəkarları üçün birə-bir
baku.hosting olaraq; bizdən aldığınız bütün xidmətlərdə, sizə satış zamanı seçdiyiniz paketin tam xüsusiyyətlərinin təqdim olunacağını və ən az 99% nisbətində xidmətin davamlılıq (uptime) zəmanətinin veriləcəyini, xidməti aldığınız ilk 3 gün ərzində, hər hansı bir səbəb sorulmaksızın, aldığınız xidməti qaytarmak istədiyinizdə xidmətinizə aid ödənişinin “tam olaraq” qaytarılacağını zəmanət ədirik. *
Şəbəkə səviyyəsində serverların qabağında NSFOCUS firewall avadanlıq istifadə olunur. Bu avadanlıqlar vasitəsilə şəbəkə səviyyəsində təməl hücumlar (SYN Flood, UDP Flood kimi şəbəkə əsaslı hücumlar), Comodo Firewall (proqram əsaslı) ilə də SQL injection, exploit tərzi hücumlar müəyyən bir səviyyəyə qədər maneə törədilər. ***
PHP istifadəsindəki məhdudiyyətlər (disable_functions siyahısı) belədir: ini_get_all, hopenbasedir, system, dl, cat, exec, popen, proc_close, proc_get_status, proc_nice, proc_open, escapeshellcmd, escapeshellarg, show_source, posix_mkfifo, mysql_list_dbs, get_current_user, getmyuid, pconnect, link, symlink, pcntl_exec, ini_alter, leak, apache_child_terminate, posix_kill, posix_setpgid, posix_setsid, posix_setuid kimi.. (Bütün siyahı üçün bura basın.)
Siz alacaq olduğunuz WordPress hosting paketlərində, WordPress-ə aid ən son versiyası və ya istədiyiniz hər hansı bir WordPress versiyasının quraşdırılmasını bizdən pulsuz olaraq tələb edə bilərsiniz. Biz bu şəkildə WordPress quraşdırılmasını sizin üçün edə bilərik. (Tema / dizayn quraşdırılması istənilsə, əvvəl temaya / dizayna baxılmaqdadır. Əgər uyğun görülsə quraşdırma pulsuz olaraq həyata keçirilir.) Bundan əlavə, əgər WordPress quraşdırılması siz tərəfindən həyata keçirilir və ya hazır saytınız bizim hosting xidmətinə daşınar isə və WordPressin yeni versiyaları çıxsa, biz onun yeniləmələrini xidmət aldığınız müddət ərzində edə bilərik. Bu xidmət tamamilə pulsuz olaraq sizə təqdim olunur.
Bütün WordPress hosting seçimlərində server daxilində olan hesabların hamısına eyni miqdarda qaynaq təyin olunur. Buna görə, alacağınız hər hansı bir WordPress sayt üçün hostinq seçimində prosessor istifadəsi sayt başına 15%, virtual ram istifadəsi isə 192 MB’dir.
Sizlərə təqdim olunan bütün WordPress hosting xidmətlərində toplu mail göndərimi və spam mail göndərimi qadağandır. baku.hosting bu məsələdə sıfır tolerantlıq göstərir və kütləvi mail ya da spam mail göndərdiyi təsbit olunan hesablar / müştərilər haqqında anında cərimə ödəməsi üçün əməliyyat aparılır.
Bütün hosting serverlərimizdə php mail və mail funksiyaları bağlı vəziyyətdədir. Saytlarınıza ünsiyyət / əlaqə formları üzərindən mail göndərməni yalnız SMTP protokolu ilə oluna bilər. SMTP port olaraq isə 587 istifadə etmək lazımdır.
Bəli, biz müştərilərimizə, aldığı bütün WordPress hosting xidmətlərində çox dil seçimli cPanel idarə panelinə daxil olmaq üçün məlumatlar təqdim edərik. Bu məlumatlar ilə müştərimiz olaraq, mail aça, database (məlumat bazası) yarada və digər əlavə bütün əməliyyatları asanlıqla edə bilərsiniz.
Bizim WordPress hosting xidməti üçün istifadə olunan serverlar Amerika (ABŞ) daxilində yer alır.
Bəli, əgər saytınızın olduğu server cPanel sisteminə uyğun daşıma xüsusiyyətlərini daşıyır isə, sifariş sonrası bizimlə ünsiyyətə keçib bu məsələdə bizdən pulsuz hosting daşıma dəstəyi yardımı ala bilərsiniz.
Siz açdığınız maili, 3 növdə asanlıqla oxuya bilər və mail göndərə bilərsiniz. Birinci olaraq, siz Webmail ilə maillerinizi oxuya bilərsiniz. İkincisi, sizin hosting hesabınıza aid POP3 və SMTP mail məlumatları ilə Outlook və digər proqramları kompüterinizə quraraq və hesabınızı bu proqramlara əlavə edərək oxuya bilər və mail göndərə bilərsiniz, və son olaraq Mobil telefon, planşet kimi cihazlara yenə tətbiq marketlərindən indireceğiniz e-poçt proqramları ilə hesabınızın quraşdırılmasını edərək maillerinizi oxuya bilər və yenə mail göndərə bilərsiniz.
Siz satın aldığınız xidmət üçün sizə göndərilən e-mail mesajı daxilində bizim DNS / Nameserver məlumatlarını görə bilərsiniz.
Bəli, Satın aldığınız bir WordPress web hosting xidmətini digər bir WordPress veb hosting məhsuluna keçid edə bilərsiniz. Bu əməliyyat paketinizi genişlənmə və ya daraltma istiqamətində ola bilər. Paket dəyişikliyi əməliyyatını idarə paneli vasitəsi ilə avtomatik olaraq reallaşdıra bilərsiniz.
baku.hosting olaraq təqdim etdiyimiz ödəniş üsulları; Online Mastercard / Visa Maaş / Kredit kartı / Debit və ya Plastik Kart ilə, dünya tərəfindən etibarlılığı qəbul olunmuş Paypal ilə, Expressbank-a aid hesab nömrəmizə və ya həftə içi 19:16 – 21:00 arası, həftə Sonu 15:30 – 21:30 arası Gənclik Metrosu çıxışında nağd ödəniş olaraq edə bilərsiniz.
* WPAK1 kodlu hədiyyə paketi, ən az 6 aylıq ödəniş zamanı; WPAK2 hədiyyə paketi isə, ən az illik ödəniş zamanı təqdim olunur.
baku.hosting olaraq, sizə təqdim etdiyimiz WordPress hostinq xidməti infrastrukturunda istifadə etdiyimiz texnologiya və məhsullar, ən son və ən yeni texnologiyadır. Sizlərə keyfiyyətli xidməti ucuz və davamlı təmin etmək üçün, infrastrukturumuzu ən yaxşı hala gətirir və bu şəkildə siz müştərilərimizin ehtiyacı olan sürətli və sərfəli WordPress hosting xidmətini problemsiz və fasiləsiz verməyə çalışırıq. Buna görə baku.hosting, müştəriləri; bizi başqalarına təklif edir və bizi seçir.
Sizlər, baku.hosting ilə satın alacaq olduğunuz bütün WordPress hosting xidmətlərində; satış əvvəli və sonrası davamlı xidmət keyfiyyəti standartlarına uyğun olaraq yüksək səviyyədə xidmət alacaqsınız. Bizlərə bütün sual, problem, məlumat və dəstək taleplerinizi gərək online, gərək mobil telefon və əlavə olaraq saytımız ilə çatdıra bilər, ehtiyacınız olan bütün məlumata ən sürətli şəkildə çatacaqsınız.
Siz ödənişləri AZN və USD olaraq edə bilərsiniz.